Əşyaların tərsinə asıldığı ev - İSTANBULDAN REPORTAJ
Upside Down House ters evi son zamanlarda Türkiyədə yayılan ən populyar əyləncə məkanlarından biridir. İstanbulun tanınmış ticarət mərkəzlərinin birində yerləşən və ümumi sahəsi 230 kvadratmetr olan bu evdə görə biləcəyiniz hər bir əşya tərsinə qurulub.
Yeni nəslin sevərək gəldiyi bu məkana turistlərlə yanaşı, yerli sakinlər də maraq göstərir. Bura gələn ziyarətçilərin ən çox sevdikləri əyləncələrdən biri də tərs şəkillər çəkdirməkdir.
3 otaq, bir qonaq otağı, bir mətbəxdən ibarət bu ev bütün mebel dəstləri ilə də təmin olunub.
Hətta belə evlərdə gəzən bütün ziyarətçiləri əvvəlcə bir sual düşündürür. Görəsən əşyalar başımıza düşərmi? Amma evin otaqlarını gəzərkən bu qorxulu fikir yerini maraqlı və xoş əyləncəyə verir.
İstanbulda bir çox qeyri-adi memarlıq nümunələri olsa da, yeni yaradılan bu tərs ev artıq meqapolisin ən qeyri-adi memarlıq nümunələri sırasında özünə yer edib.
Qısa zamanda ziyarətçilər tərəfindən maraqla qarşılanan bu məkana giriş şagirdlər üçün 10 lirə yəni 2 manat 50 qəpik, böyüklər üçün isə 15 lirə, yəni 3 manat 70 qəpik təşkil edir.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış etdi
Bakıdakı tozlu havanın səbəbi nədir? – HAVA ŞƏRAİTİ KƏSKİN DƏYİŞDİ!
Məktəb ideoloji mübarizə meydanı deyil, ELMİN VƏ SAĞLAM İNKİŞAFIN MƏKANIDIR
İlham Əliyev və Mehriban Əliyeva Vyetnamın Vitse-prezidenti ilə görüşdülər
Bakının mərkəzində kəlağayı ilə yürüş keçirilib