Əsgərlikdəki oğlunun yanından qayıdan ailə DƏHŞƏT YAŞADI
Yevlax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. APA TV-nin yerli bürosunun verdiyi xəbərə görə, hadisə Yevlax-Bərdə avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "VAZ-2106" markalı 60 BO 208 dövlət nömrə nişanlı avtomobil "KAMAZ" markalı yük maşını ilə toqquşub. Nəticədə minik maşınının sürücüsü Tovuz rayon sakini, 1953-cü il təvəllüdlü Əmrah Mahmudov ölüb, bir ailənin 3 üzvü - Tovuz rayon sakinləri, 1976-cı il təvəllüdlü Yaşar Alıyev, onun qızı, 2002-ci il təvəllüdlü Aytac Alıyeva və 2010-cu il təvəllüdlü Amil Alıyev isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Məlumata görə, həmin şəxslər Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmətdə olan övladlarının yanından qayıdan zaman qəzaya düşüblər. Faktla bağlı araşdırmalara başlanılıb.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."