Əsərləri ABŞ-dan Hindistana kimi hər yerdə satışa çıxarılır
Rəssamlıq — təsviri incəsənətin ən qədim növlərindən biridir.
Sumqayıtda yaşayan rəssam Namiq Cavad da dəyərli sənət növünü yaşadanlardandır.
O, 1971-ci ildə Sumqayıtda anadan olub. O, Əzim Əzimzadə adına Rəssamlıq məktəbində, daha sonra isə Pedaqoji İnstitutun “Bədii qrafika” fakültəsində rəssamlığın incəliklərini öyrənib. Sənətinə, qabiliyyətinə əmin olan gənc rəssam kimi Türkiyədə fəaliyyətə başlayıb.
Müsahibimiz deyir ki, rəssam olmaq üçün oxumaq, öyrənmək kifayət etmir, bu həm də fitri istedad tələb edir.
Qısa müddət ərzində İstanbulda kifayət qədər mühüm sənət uğurları qazanmağa başlayıb. Burada olarkən tanınmış insanların ailə rəssamı olub. Əsasən, yağlı boya ilə kətan üzərində rəsmlər çəkən sənətkar, həm də freska sahəsində uğurlar qazanıb.
Fırça ustası deyir ki, əsl rəssamın dəst-xətti olmalıdır, min əsərin içində onun əsəri seçilməlidir. Təbii ki, hər bir əsər zəhmət tələb edir.
Qeyd edək ki, fırça ustasının Türkiyədə 2001 –ci ildə Beşiktaşda, 2000 – ci ildə isə İstanbul sənət qalereyasında fərdi sərgiləri keçirilib.
Əsərləri dünyanın bir çox yerlərində o cümlədən Türkiyə, Amerika , Almanya, Fransa, Hindistan və digər ölkələrdə satışa çıxarılır.
OXŞAR XƏBƏRLƏR
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib
Yeni səfir Prezident İlham Əliyevin qəbulunda oldu
Prezident Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
Oktyabrın 5-nə gözlənilən hava şəraiti açıqlanıb
Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultaydakı çıxışına dair videoçarx paylaşılıb