Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsinin yeni binası istifadəyə verilib
Azərbaycan-Ermənistan sərhədində, Qafan-Gorus magistral yolunda dövlət sərhədindən nəzarət-buraxılış məntəqəsinin yeni binası istifadəyə verilib.
APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, Qubadlı rayonunun Eyvazlı kəndi ərazisində yaradılmış məntəqədə istifadəyə verilən bina DSX-nin, Dövlət Gömrük Komitəsinin əməkdaşlarının birgə fəaliyyətinin yüksək səviyyədə təmin olunmasına imkan verir.
DSX Mətbuat mərkəzinin əməkdaşı, polkovnik-leytenant Rəşad Məşədiyev Qjurnalistlərə açıqlama verib: “Burada dövlət sərhədindən keçən şəxslərin, nəqliyyat vasitələrinin və yüklərin müvafiq qaydada rəsmiləşdirilməsi, mərkəzləşdirilmiş elektron qeydiyyat sisteminə daxil edilməsi və digər sərhəd nəzarəti tədbirləri həyata keçirilir. Bu ərazinin mühafizəsi sərhəd döyüş məntəqələri tərəfindən yerinə yetirilir.”
Qeyd olunub ki, Eyvazlı sərhəd-nəzarət postunun yeni binasında hərbçilər, gömrükçülər üçün hər cür şərait yaradılıb. Eyvazlı sərhəd-nəzarət postunda dövlət sərhədindən keçən şəxslərin və avtomobillərin qeydiyyatı aparılacaq.
OXŞAR XƏBƏRLƏR
Azərbaycan və Laos arasında birgə bəyanat qəbul edildi
Laos Prezidentinin rəsmi qarşılanma mərasimi oldu
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü oldu
Azərbaycan və Kamboca arasında sənədlərin mübadiləsi mərasimi olub
Prezident İlham Əliyev Kambocanın Baş nazir Hun Maneti qarşıladı