Ermənistanın“Azərbaycan əsir götürüb”dediyi hərbçi tapıldı
Martın 21-də avtomobillə ərzaq aparan zaman itkin düşən Ermənistan silahlı qüvvələrinin hərbçisi martın 22-də həyata keçirilən axtarış-xilasetmə əməliyyatları nəticəsində tapılıb.
Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Bununla da Ermənistan Müdafiə Nazirliyi növbəti dəfə öz yaydığı məlumatı təkzib edib.
Xatırladaq ki, martın 21-də erməni hərbçinin itkin düşməsi ilə bağlı xəbər yayılmışdı. Ermənistan Müdafiə Nazirliyi iddia edirdi ki, guya onu Azərbaycan hərbçiləri əsir götürüb. Azərbaycan Müdafiə Nazirliyi bununla bağlı yaydığı məlumatda isə bildirmişdi ki, Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusunun nəqliyyat vasitəsi ilə guya azaraq Azərbaycan Ordusunun bölmələrinin mövqelərinə yaxınlaşması və bölmələrimiz tərəfindən əsir götürülməsi barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat yalandır.
OXŞAR XƏBƏRLƏR
Oktyabrın 5-nə kimi ölkədə hava şəraiti necə olacaq?
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
Qubaya ilk qar yağdı – Xınalıq ağ örpəyə büründü
Süni intellekt məhkəmə sisteminə daxil olur – Nə dəyişəcək?
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib