Ermənistandakı tarixi abidələrimizin aqibəti necə olacaq?
Ermənistandakı Azərbaycan mədəni irsinin vəziyyətinin qiymətləndirilməsi məqsədilə, Azərbaycanın QHT rəhbərləri UNESCO-nun Baş direktoru Odre Azuleyə müraciət ünvanlayıblar.
APA xəbər verir ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü İlqar Orucov Ermənistandakı Azərbaycan mədəni irsinin vəziyyətinin qiymətləndirilməsi məqsədilə keçirilən konfransda bildirib ki, beynəlxalq ictimaiyyət, xüsusən də tarixi abidələrin qorunması ilə məşğul olan BMT-nin strukturu UNESCO bu məsələlərə mütləq şəkildə öz münasibətini bildirməlidir.
Konfransda çıxış edən “Qarabağa dönüş” İctimai Birliyinin sədri, deputat Tural Gəncəliyev isə deyib ki, Şuşa şəhərinin 3 qapısından biri İrəvan qapısı adlanırdı. Bu o deməkdir ki, indiki Ermənistan ərazisi tarixi Azərbaycan torpağı olub və ordakı bütün mədəni abidələrimiz sakraldır.
Deputat bildirib ki, UNESCO ikili standartlarını kənara qoymalı, Azərbaycana qarşı törədilən mədəni genosidi araşdırmalıdır.
Semral Cavad Xəyal İskəndərov
APA TV
OXŞAR XƏBƏRLƏR
Mikayıl Cabbarov: Qarabağın inkişafına böyük diqqət ayrılıb
IsDB: Üzv ölkələrdə 150 milyon gənc iqtisadi inkişaf imkanlarından kənarda qalıb
Prezident Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektini qəbul edib
15 iyun - Milli Qurtuluş Günü: Azərbaycanın taleyini dəyişən ZƏFƏR TARİXİ
15 İyun: Xalqın Ümid, Dövlətin Xilas Günü