Ermənistanda kütləvi dava: polislə sakinlər bir-birinə girdi
Ermənistanın Qeqarkunik rayonunda polis patrulları ilə vətəndaşlar arasında kütləvi dava olub. Bu barədə kriminal xəbər saytı olan "Shamshiyan" məlumat yayıb.
Bildirilir ki, dünən saat 22:00 radələrində Daxili İşlər Nazirliyinin Polis-Patrul Xidmətinin “Qeqarkunik marz” batalyonunun 2-ci rotasının 2-ci tağımının patrul dəstələri Artsvanist inzibati rayonu ərazisində növbətçilik edərkən kənd yolundan keçən 28 yaşlı Narek A-nın təxribatı ilə üzləşiblər.
"Patrullar onun yanından keçəndə Narek A. onları söyüb. Özlərini təqdim edən polislər sakinin nə üçün onları təhqir etdiyini öyrənməyə çalışıblar. Bununla belə, o, sərt şəkildə mübahisə etməyə davam edib. Mübahisə qızışıb və patrullar onu həbs etməyə çalışıblar. Amma bu zaman Narekin atası, 53 yaşlı Valentin A. gəlib və o da söyüş söyməyə başlayıb, polislə əlbəyaxa davaya çıxıb. Bundan sonra Artsvanist sakinləri 27 yaşlı Narek E, 27 yaşlı Andranik A. və 25 yaşlı Karlen H. hadisə yerinə yaxınlaşaraq patrulla əlbəyaxa olublar. Onlardan bəziləri taqım komandiri Qrişa Q. və baş patrulçu Samvel S.-yə yumruq zərbələri endiriblər", nəşr yazıb.
OXŞAR XƏBƏRLƏR
Köç edən ailələrə mənzillərin açarları təqdim olunub
Növbəti köç karvanları yola salınıb
Dövlət başçısı İordaniya Kralını Azərbaycana səfərə dəvət etdi
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib