Ermənistan regionun Baxmutuna çevrilir - Ovannisyan
“Ermənistan regionda “Baxmut” olmaq yolundadır, çünki bəziləri hakimiyyəti saxlamaq üçün yeganə yolu bunda görür”.
Bunu Ermənistanda Alternativ Layihələr Qrupunun üzvü Vaqe Ovannisyan deyib.
O Gürcüstanın Baş naziri Qaribaşvilinin son bəyanatına istinad edərək, bildirib ki, eyni ssenari Ermənistan üçün də nəzərdə tutulub. Sitat:
“Gürcü baş nazir ölkədə sabitliyi pozmaqda əsas məqsədin Rusiyaya qarşı ikinci cəbhə açmaq olduğuna işarə edib. O, Gürcüstanın “ikinci Mariupol”a çevriləcəyini bildirib.
Tanış vəziyyətdir, hə? Ən azı bu ilin oktyabr-noyabr aylarından Ermənistan eyni istiqamətdə irəliləyir: biz neçə dəfə müsahibələr, məqalələrlə xəbərdarlıq etmişik ki, Praqadan sonra bu hakimiyyət tamam başqa oyun oynayır. KTMT ilə bağlı demarşlar, Rusiyanın Ermənistandakı mövcudluğunun təhlükəsizliyimizi təhdid edən amil kimi qiymətləndirilməsi, Qərbdən turist müşahidəçilərinin cəlb edilməsi və s. hamısı eyni ssenaridir”.
Sitatın sonu
Ovannisyan vurğulayıb ki, Ermənistanda “Baxmut ssenarisi”nə səbəb olan hakimiyyətdir.
Onun fikrincə, əslində Qaribaşvili bilmədən erməni reallığını bir neçə hissəyə bölüb: fəlakəti dayandırmağa hazır olanlar, fəlakət ərəfəsində müşahidəçi rolunda olanlar və Ermənistana fəlakəti özləri gətirənlər.
OXŞAR XƏBƏRLƏR
Köç edən ailələrə mənzillərin açarları təqdim olunub
Növbəti köç karvanları yola salınıb
Dövlət başçısı İordaniya Kralını Azərbaycana səfərə dəvət etdi
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib