Ermənistan ordusu yoxdur - Prezident
“İkinci Qarabağ müharibəsində həlak olanların böyük əksəriyyəti gənc nəslin nümayəndələri idilər. Onların heç biri Qarabağda olmamışdı, bu diyarı görməmişdi”.
APA TV xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayında çıxışında deyib.
“Amma onların qəlbində yaşayan milli ruh, ədalət və Vətən sevgisi onları ölümə aparırdı”, - dövlət başçısı bildirib.
Prezident İlham Əliyev vurğulayıb ki, Ermənistanın məhv edilmiş və qənimət kimi götürülmüş texnikasının qiyməti ən aşağı 4-5 milyard dollar təşkil edir.
“O başqa məsələdir ki, kasıb ölkə bu pulu haradan əldə edib. Ancaq demək olar ki, Ermənistan ordusu yoxdur”, - Prezident İlham Əliyev vurğulayıb.
OXŞAR XƏBƏRLƏR
17:12
318
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü oldu
17:11
390
Azərbaycan və Kamboca arasında sənədlərin mübadiləsi mərasimi olub
17:10
347
Prezident İlham Əliyev Kambocanın Baş nazir Hun Maneti qarşıladı
18:19
1680
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul etdi
14:07
1986
Bakının yaddan çıxan təbiət guşəsi – “Pitomnik”dən REPORTAJ
18:55
1234