Ermənistan ordusu tərəfindən Bərdəyə kasetli raketlər atılıb – 4 NƏFƏR HƏLAK OLUB
Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobudcasına pozaraq Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından və raketlərdən atəşə tutmaqla dağıntı və yanğınlar törətməkdə davam edir.
Fövqəladə Hallar Nazirliyindən APA TV-yə verilən məlumata görə, bu gün Ermənistan silahlı qüvvələrinin ağır artilleriya zərbələri nəticəsində Bərdə rayonunun Qarayusifli kəndində 5 fərdi yaşayış evinə ciddi ziyan dəyib. Əraziyə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb edilib. Düşmən tərəfinin atəşləri nəticəsində 13 nəfər mülki şəxs xəsarət alıb, biri azyaşlı olmaqla 4 nəfər həlak olub.
Belə ki, Bərdə rayonunun Qarayusifli kəndinin müxtəlif istiqamətlərdən ağır artilleriyadan atəşə tutulması nəticəsində dinc sakinlər Cəfərova Ofeliya Məcid qızı, Əhmədova Aybəniz Əşrəf qızı, İsmayılov Ehtiram Xəlil oğlu və 2013-cü il təvəllüdlü İsgəndərova Aysu Rövşən qızı həlak olub.
ANAMA-nın verdiyi məlumata görə, Ermənistan ordusu tərəfindən Bərdəyə “Smerç” qurğusundan kasetli raketlər atılıb.
Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilməklə zərərçəkmiş şəxslərin siyahısının dəqiqləşdirilməsi üzrə işlər aparılır.
OXŞAR XƏBƏRLƏR
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub