Ermənistan Müdafiə Nazirliyində çalxalanma başladı
Ermənistanın Müdafiə Nazirliyində kütləvi ixtisarlar başlayıb.
“Joxovurd” qəzeti yazır ki, nazirliyin idarələrinin əməkdaşları öz işlərinə görə məsuliyyəti bir-birilərinin üzərlərinə atırlar. Məhz buna görə də son vaxtlar nazirliyin işi irəli getmir.
Ermənistan ordusunun keçmiş generalları isə bu ixtisarları başqa cür qiymətləndirir. Onlar iddia edirlər ki, Nikol Paşinyan ordu sistemini yerli-dibli dəyişir və ən yüksək vəzifələr xidməti oldu-olmadı, öz adamlarını təyin edir. Bu işdə isə ciddi kadr çatışmazlığı ilə üzləşir. Onların fikrincə, bu siyasətin nəticəsində ordu tamamilə qeyri-peşəkarların əlinə keçəcək.
Bu gün isə yeni müdafiə naziri Suren Papikyan nazirliyin baş katibi Artur Sarkisyanı və katibliyin rəisi Suren Poqosyanı vəzifəsindən azad edib.
Nikol Paşinyan 2020-ci ilin iyun ayında Artur Sarkisyanı ilin birinci yarısı üzrə hesabatının müsbət nəticəsinə görə mükafatlandırmışdı.
Erməni hərbi ekspertlər ixtisarların yaxın günlərdə daha çox hərbi qulluqçunu əhatə edəcəyini bildirirlər.
OXŞAR XƏBƏRLƏR
“Bakıdan qatarla Zəngəzur üzərindən Naxçıvana getmək mümkün olacaq” – Deputat
Prezident Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Şəmkirdə aqrar sahənin inkişafına həsr olunan regional müşavirə keçirilib
İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinə “Dostluq” ordenini təqdim edib