Ermənistan itkilərini açıqladı: 3 ölü, 5 yaralı
Ermənistan sərhəddə törətdiyi təxribat nəticəsində itkilərini açıqlayır: 3 ölü, 5 yaralı
Ermənistan yanvarın 11-də dövlət sərhədində törətdiyi təxribat nəticəsində verdiyi itkiləri açıqlamağa başlayıb.
APA TV xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi sərhəddə atışmada üç hərbçisinin öldüyünü, 5 hərbçisinin yaralandığını təsdiqləyib.
Törətdikləri təxribatın qurbanı olanlar sıravi 2002-ci il təvəllüdlü Artur Mxitaryan ilə kiçik serjant Rudik Qəribyan və 2003-cü il təvəllüdlü sıravi Vahan Babayandır.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin yanvarın 11-i günorta saatlarında sərhədin Kəlbəcər rayonu istiqamətində törətdiyi təxribat nəticəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Nəzərov Ayaz Azər oğlu şəhid olduğu barədə məlumat yayıb.
Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən müvafiq tədbirlər nəticəsində qarşı tərəf susdurulub.
Mir Çingiz Ağazadə
APA TV
OXŞAR XƏBƏRLƏR
Azərbaycan və Laos arasında birgə bəyanat qəbul edildi
Laos Prezidentinin rəsmi qarşılanma mərasimi oldu
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü oldu
Azərbaycan və Kamboca arasında sənədlərin mübadiləsi mərasimi olub
Prezident İlham Əliyev Kambocanın Baş nazir Hun Maneti qarşıladı