Ermənistan bundan sonra hərbi xidmət üçün Qarabağa əsgər göndərməyəcək
Bundan sonra Ermənistandan Qarabağa müddətli həqiqi hərbi xidmət üçün əsgər göndərilməyəcək.
APA TV-nin “Sputnik Armenia” agentliyinə istinadən verdiyi məlumata görə, Ermənistan ordusuna qış çağırışı fevralın əvvəlində başlayıb.
Müddətli həqiqi hərbi xidmətə çağırılanlar ancaq Ermənistan ərazisindəki hərbi hissələrdə xidmət keçəcəklər.
Qeyd edək ki, Ermənistanda övladlarının hərbi xidmət keçmək üçün Qarabağa göndərilməsinə etiraz edən valideynlər silsilə aksiyalar keçirib.
Onu da əlavə edək ki, erməni mətbuatında və sosial şəbəkələrində Dağlıq Qarabağdakı separatçı rejimin “ordusunun” buraxıldığı barədə məlumatlar yayılıb.
OXŞAR XƏBƏRLƏR
13:54
1649
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
13:17
1632
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
19:45
2769
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
19:43
1552
Prezident TBMM-nin sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
18:12
1977
Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar
16:20
1148