Ermənilərin Tərtərə atdığı mərmi dağıntılara səbəb oldu
Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini atəşə tutmaqda davam edir.
APA-nın Qarabağ bürosu xəbər verir ki, ən çox atəşə məruz qalan yaşayış məntəqələrindən olan Tərtərin Səhləbad kəndinə atılan top mərmilərindən ikisi kənd sakini Xəqani Qurbanovun yaşadığı evin həyətinə düşüb: “İki mərmi düşüb. Biri partlayıb gördüyünüz kimi, digəri isə partlamayıb. Zəng vurduq “102 xidməti”nə, onlar tezliklə sağ olsunlar, gəldilər, hamısını aydınlaşdırdılar”.
Xəqaninin anası Zenfira Qurbanova deyir ki, Ali Baş Komandanın çıxışlarındakı o inam onu daha da ürəkləndirir: “Oğlumun da evi dağılıb, qonşularımın da, özümün də məhəlləmə düşüb, qoyunlarımı qırıb. Neyləyək? Olacaq da, müharibədir. Dövlətimiz sağ olsun, əsgərlərimiz sağ olsun. O deyir e, “rədd olsun, rədd olsun”, o bizə o qədər ləzzət edir ki. Sağ olsun, Prezidentimiz çox gözəl çıxış edir. Allah haqqı o danışanda o qədər ürəklə danışır, biz də ürəklənirik. Ona görə getmirəm buradan heç hara”.
Çəkiliş apardığımız vaxt ailənin azyaşlı üzvü Aytacın tapança və vertalyotla oynaması da diqqətimizdən yayınmadı:
- Qaqan əsgərliyə gedib?
- Hə
- Bu da hərbi vertalyotdur, hə?
- Bəs sən qız uşağısan, sən niyə gəlinlik oynatmırsan, silah oynadırsan?
- Heydər qaqamındır, onun üçün oynadıram.
Ermənistan silahlı qüvvələri yaşayış yerlərini və mülki əhalini atəşə tutmaqda davam edir.
OXŞAR XƏBƏRLƏR
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub