Ermənilərin Suqovuşanda atıb qaçdığı silah-sursat aşkarlanıb
İşğaldan azad edilmiş ərazilərdə Ermənistan ordusunun atıb qaçdığı odlu silah-sursatın aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA TV-yə verilən məlumata görə, Tərtər RPŞ-nin əməkdaşları rayonun Suqovuşan kəndi ərazisində xidmətdə olarkən həmin ərazidən 1 ədəd 60 mm-lik minaatan silahı, həmin silaha məxsus 72 ədəd mərmi, 5 ədəd 30 mm-lik AQS-17 qumbaraatan silahı, dolu sandığı və sursatı ilə birgə 2 ədəd 12.7 mm-lik PKT, 1 ədəd PK pulemyotu, hava hücumundan müdafiə üçün atışa hazır vəziyyətdə “İQLA” raket kompleksi, 1 ədəd “Muxa” markalı RPQ-18 qumbaraatan, 3 ədəd tank əleyhinə RPQ-7 mərmisi, 1 ədəd snayper tüfəngi, 2 qutu 12.7 mm-lik patronlar, 1 ədəd əl radiostansiyası və qidalandırıcısı aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
OXŞAR XƏBƏRLƏR
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub
Türk Dünyası Həftəsi ərzində Xankəndidə xüsusi konfrans keçiriləcək
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?