Ermənilərin Bərdəyə raket atəşindən inzibati və yaşayış binaları da zərər görüb
Ermənilərin Bərdə şəhərinə atdıqları raketlər 26 insanın həyatına son qoymaqla yanaşı, ciddi dağıntılara da səbəb olub.
APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, xeyli sayda yaşayış binasının və iaşə obyektinin yararsız hala düşdüyü, şəhər infrastrukturuna külli miqdarda zərər dəydiyi kadrlardan aydın görünür: “Burada gördüyünüz kimi, raketlərdən biri binanın yaxınlığına düşüb, ehtiyatlı olaq hər tərəf şüşə parçalarıdır. Eyni zamanda orda da maddi zərər, dağıntılar var. Keçək bu tərəfə. Bura bir iş otağıdır. Burada çalışan insanlar xoşbəxtlikdən xəsarət almayıblar”.
Binaların daxili ilə yanaşı, fasadları da zərbənin təsirindən zədə görüb. Nəticədə binaların həyətləri və küçələr də zərər görüb: “Bu, binanın yan tərəfidir. Amma arxa tərəfi, ümumiyyətlə, bərbad vəziyyətdədir. Yəni erməni imzası açıq-aydın bu görüntülərdən görünür. Erməni dövlətinin, erməni hakimiyyətinin imzası budur - mülki əhalinin, dinc insanların yaşadığı ərazini bombardman etmək, körpələrin ölümünə səbəb olmaq”.
Dəfələrlə edilən xəbərdarlıqlara məhəl qoymayan Ermənistan müntəzəm olaraq yaşayış məntəqələrini, mülki vətəndaşları hədəfə almaqda davam edir.
Habil Aslanoğlu
Ziya Quliyev
OXŞAR XƏBƏRLƏR
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub