Ermənilərin atdığı mərmi Ağcabədidə yaşayış evinə düşüb
Humanitar atəşkəs rejiminə məhəl qoymayan Ermənistan silahlı qüvvələri mülki əhalini, yaşayış məntəqələrini atəşə tutmaqda davam edir.
APA TV-nin Qarabağ bürosunun verdiyi xəbərə görə, ermənilərin ağır artilleriyadan atdığı mərmilərdən biri Ağcabədi rayonunun Qaraxanlı kənd sakini Bərxudar Xəlilovun evinə düşüb.
2016-cı ildə erməni təxribatı nəticəsində dağılan ev dövlət tərəfindən təmir olunduqdan sonra bu gün yenidən düşmən tərəfindən atılan mərmi nəticəsində dağılıb:
Bərxudar Xəlilovun qonşusu Heydər Paşayev deyir ki, hadisə 11-12 radələrində baş verib: “Mərmi saat 11 -12 radələrində düşdü. Düşmən hər axşam atəş açır, dinc əhalini narahat edirlər. Bərxudar kişinin evini bax bu günə qoyublar. Onların döyüş bölgəsində vuruşmağa gücü çatmır, bizi dinc əhalini hədəfə alırlar”.
Döyüş meydanında məğlubiyyətə düçar olan düşmən dinc əhalini hədəf alsa da sakinlər Ordumuza, Prezidentimizə güvəndiklərinin deyirlər:
- Axşam evdə çörək yediyimiz yerdə möhkəm gurultu eşitdik. Kəndin ortasına düşdü. Bu namərdlər dinc əhalidən əl çəkmir. Amma biz qorxmuruq. Allah Prezidentimizi qorusun, Ordumuza dəyməsin.
- Dünən kəndimizə bəlkə də 70 dənə mərmi düşüb. Onlardan biri də bax bu evə düşüb. Özüm də səfərbərliyə yazılmışam. Erməninin başını əzmək lazımdır. Allah Prezidentimizi əsgərlərimizi qorusun. Onsuz da onların başı əziləcək.
Düşmən mülki əhalini və yaşayış məntəqələrini atəşə tutmağa davam edir.
OXŞAR XƏBƏRLƏR
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub