Ermənilərin Ağdamı işğal etməsindən 26 il ötdü
Ağdamın işğalından 26 il ötür. APA TV-nin Qarabağ bürosunun məlumatına görə, bu münasibətlə Ağdam rayon İcra Hakimiyyəti, hüquq mühafizə orqanlarının nümayəndələri, ön xətdə xidmət aparan əsgər, zabit heyəti və rayon ictimaiyyəti bir araya gəlib. Tədbir iştirakçıları şəhidlərin xatirəsinə ucaldılan abidə kompleksini ziyarət ediblər.
Qeyd edək ki, Ağdam 1993-cü il iyulun 23-də ermənilər tərəfindən işğal olunub. İşğal zamanı rayonda gedən döyüşlərdə 6000 nəfərədək insan şəhid olub. Rayonun 1094 kvadrat kilometr ərazisindən 882 kv. km-i ermənilər tərəfindən zəbt edilib. Nəticədə Ağdam rayonuna 17 milyard manata yaxın maddi ziyan dəyib. Hazırda 140 min nəfərdən çox əhali məcburi köçkün qismində respublikanın 60-dan çox şəhər və rayonunda köçkün həyatı yaşayır.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."