Ermənilərin Ağcabədiyə atdığı Smerç raketinin döyüş başlığı zərərsizləşdirilib
Ağcabədi rayonu ərazisində smerç raketinin döyüş başlığı aşkarlanıb.
APA TV-nin yerli bürosunun xəbərinə görə, Ermənistan silahlı qüvvələri tərəfindən atılan raket pambıq sahəsinə düşüb və partlamayıb.
ANAMA-nın əməkdaşı Xaliq Zülfüqarov deyir ki, Smerc raketi “Qrad”dan dəfələrlə güclü partlayış gücünə malikdir: “Xoşbəxtlikdən, bu gün partlatdığımız raket yaşayış məntəqəsindən bir az kənara düşmüş, həm də partlamamışdır. Əgər partlasaydı, onun çox böyük fəsadları olardı. Müqayisə üçün deyə bilərəm ki, bizim “Qrad” raket kimi tanıdığımız 9M22U raketindən Smerç raketi on dəfələrlə böyük partlayış gücünə malikdir. İndiyə kimi əsasən partlamamış mərmilər top mərmiləri olub və Qrad raketləri olub.”
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin əməkdaşları onu partladaraq zərərsizləşdirib.
Qeyd edək ki, müharibə başlayandan Ağcabədi və Ağdam rayonları ərazisində partlamamış 14 Smerç raketi zərərsizləşdirilib.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub
Türk Dünyası Həftəsi ərzində Xankəndidə xüsusi konfrans keçiriləcək