Ermənilərin Ağcabədiyə atdığı raket qəbiristanlığa düşüb
Ermənistan silahlı qüvvələri Ağcabədi rayonunun yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutub.
Rayonun İmamqulubəyli kənd icra nümayəndəsi Hamlet Ağayev APA TV-yə bildirib ki, kəndə düşən mərmilər 2 fərdi evdə dağıntılara səbəb olub. Sakinlər arasında xəsarət alan olmasa da, maddi ziyan dəyib.
Kənd icra nümayəndəsi Hamlet Ağayev bu hadisəni insanlığa sığmayan bir hərəkət adlandırıb: “Elə bilirəm ki, onlar orduda bir iş görə bilmirlər deyə dinc insanlarımıza, qəbirlərimizə atırlar ki, bizi narahat eləsinlər. Amma biz narahat olan deyilik. Allah Dövlətimizi, Prezidentimizi, Ordumuzu saxlasın”.
Kənd məzarlığına düşən top mərmiləri məzarüstü qəbir daşlarını dağıdıb. Eyni zamanda yerli sakinlərə məxsus mal-qara tələf olub.
OXŞAR XƏBƏRLƏR
20:20
206
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
18:22
276
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək
18:38
894
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
17:58
1455
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
17:20
1413
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub
17:18
930