Ermənilər Naxçıvandakı mövqelərimizi atəşə tutub
Bu gün səhər saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Əlahiddə Ümumqoşun Ordunun mövqelərini atəşə tutmaqla atəşkəs rejimini kobud şəkildə pozub.
APA TV-nin xəbərinə görə, Müdafiə Nazirliyindən bildirilib ki, düşmənin əsasən Ararat rayonu ərazisindəki Tejqar və Bağarsıq dağlarının ətəklərində yerləşən mövqelərindən qarşı tərəfdə yerləşən Əlahiddə Ümumqoşun Ordunun mövqeləri iriçaplı pulemyot və snayper tüfənglərindən intensiv atəşə məruz qalıb.
Əlahiddə Ümumqoşun Ordunun şəxsi heyəti tərəfindən qətiyyətli cavab tədbirləri görülür və atəşkəs rejiminin pozulmasının fəsadları araşdırılır.
Hazırda əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır.
OXŞAR XƏBƏRLƏR
17:21
1183
Köç edən ailələrə mənzillərin açarları təqdim olunub
17:20
1228
Növbəti köç karvanları yola salınıb
13:38
1237
Dövlət başçısı İordaniya Kralını Azərbaycana səfərə dəvət etdi
16:28
955
41 ailəyə mənzillərinin açarları təqdim olundu
13:02
1086
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
11:43
2994