Ermənilər idmançılarımızı mehmanxanadan çıxmağa qoymur, media ilə əlaqə kəsilib
Ermənistanın İrəvan şəhərində 2023-cü il ağır atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı babarlıq aktı törədilib, Azərbaycan bayrağı yandırılıb.
Bu barədə gənclər və idman naziri Fərid Qayıbov bildirib. O deyib ki, bu, tamamilə qəbuledilməzdir və Ermənistanın belə tədbirlərə ev sahibliyi etməyə hazır olmadığını göstərir:
"İrəvan idmançılarımızın təhlükəsizliyinə təminat verə bilmədiyindən Azərbaycan nümayəndə heyəti yarışa qatılmayacaq və onların vətənə dönməsi gözlənilir. Ermənistan idmançılarımızın təhlükəsiz qayıtmasını təmin etməlidir, lakin indi onlar mediaya çıxışları olmadan mehmanxanaya qapadılıblar. Biz beynəlxalq ictimaiyyəti və beynəlxalq idman qurumlarını bu barbar hərəkəti kəskin şəkildə pisləməyə çağırırıq. Biz həmçinin Avropa Ağır Atletika Federasiyasını Ermənistana qarşı sanksiyalar tətbiq etməyə çağırırıq. Hesab edirik ki, bu insident Ermənistanın beynəlxalq idman yarışları keçirmək və idmançıların təhlükəsizliyini təmin etmək iqtidarında olmadığını göstərir".
OXŞAR XƏBƏRLƏR
Süni intellekt məhkəmə sisteminə daxil olur – Nə dəyişəcək?
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib
İnam Kərimov hakimlərlə bağlı danışdı: "100 min nəfərə 7 hakim..."
“Ailəsi ilə əlaqə saxladı, 15 dəqiqə sonra şəhid oldu” - Qanlı döyüşlərdən zəfərə
ADEX 2026-nın ikinci günündən maraqlı görüntülər