Ermənilər Goranboya "Smerç" raketi atıb
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq iriçaplı silahlardan və artilleriya qurğularından ordumuzun mövqelərini və yaşayış məntəqələrimizi atəşə tutmaqda davam edir.
APA TV-nin yerli bürosunun məlumatına görə, düşmənin Goranboy rayonunun Meşəli kəndinə atdığı "Smerc" raketi yaşayış məntəqəsinə yaxın əraziyə düşüb.
Düşmən növbəti dəfə “Smrec” tipli raketdən açdığı atəş nəticəsində bu əraziyə raketin bombacıqları düşüb. Hazırda əraziyə ANAMA-nın əməkdaşları cəlb olunub. ANAMA-nın əməkdaşları ərazidə əməliyyat axtarış tədbirlərini davam etdirir. Onu da qeyd edək ki, əraziyə 2 ədəd “Smreç” raketi atılıb.
ANAMA-nın əməkdaşı Bəhruz Namazov “Smerc” tipli raketlərin istifadəsinin qadağan olunduğunu deyir: “Tərəfimizdən baxış zamanı, gördüyünüz bir ədəd bomba aşkar olundu. Bu bombalar “Smerc” tipli raketlərdən atılır. Diametri 300 mm, uzunluğu 7 metr, 60 sm-dir. İçərisində hər kiçik bombanın sayı 72 ədəddir. Bildiyiniz kimi kasetli bombalar qadağan olunublar. Lakin bununla belə Meşəli kəndinə, kəndlərə, o cümlədən cəbhədən uzaq şəhərlərə, atmaqda davam edirlər”.
Hazırda həmin bombacıqların zərərsizləşdirilməsi istiqamətində işlər davam etdirilir.
Fuad Nazimoğlu,
Mehdi Məmmədov
APA TV
OXŞAR XƏBƏRLƏR
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub
Türk Dünyası Həftəsi ərzində Xankəndidə xüsusi konfrans keçiriləcək
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”