Ermənilər dinc sakinləri atəşə tutmaqda davam edir
Təmas xəttinə yaxın olan Naftalan rayonunun Qaşaltı Qaraqoyunlu kəndi də erməni silahlı qüvvələri tərəfindən daim atəşə tutulur.
APA TV-nin yerli bürosunun verdiyi məlumata görə, buna baxmayaraq kənd sakinləri öz yerlərini tərk etməyəcəklərini deyirlər:
- Hal-hazırda döyüşlər davam edir. Biz yurdumuzu, kəndimizi qoyub getməmişik. Ailəmiz-uşağımız burdadır. Biz öz ordumuza, əsgərlərimizə güvənirik. Hər zaman biz də döyüşə hazırıq.
- Səhər saatlarından döyüş başlayıb. Buna baxmayaraq, biz öz yurdumuzu, öz kəndimizi qoyub getməmişik. Bizim güclü ordumuz var. Öz Ali Baş komandanımıza güvənirik.
Qeyd edək ki, Ermənistan silahlı birləşmələrinin dinc Azərbaycan əhalisini hədəfə alması
səbəbindən növbəti dəfə toplarla atəş nəticəsində Naftalan rayonu, Qaşaltı kənd sakini Qurbanov Elbrus İsa oğlu və onun 4 ailə üzvü həlak olub.
OXŞAR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"