Ermənilər Azərbaycan vətəndaşlığına qəbul üçün İlham Əliyevə videomüraciət ediblər
Ermənistan vətəndaşı Vaqe Qambaryan Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edib. APA TV erməni mənbələrinə istinadən xəbər verir ki, o, Ermənistan vətəndaşlığından imtina edərək, Azərbaycan vətəndaşlığı almaq istədiyini, Bakıya gələrək yaxınlarını ziyarət etmək arzusunu dilə gətirib. Qambaryan, həmçinin Xankəndində yaşamaq istəyini söyləyib. O, Azərbaycan xalqını sevdiyini və hörmət etdiyini bildirib. Xatırladaq ki, bir neçə gün əvvəl sülh təşəbbüsləri ilə tanınan erməni fəal, bloqer İşxan Verdyan da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edərək Azərbaycan vətəndaşlığına qəbul olunmasını xahiş etmişdi.
OXŞAR XƏBƏRLƏR
12:53
399
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak etdi
18:25
990
“Bu, minlərlə vətəndaşın taleyidir” – Viktor Yuşşenko
16:29
1102
Beynəlxalq səyyahlar Azıx mağarasında olublar
16:25
834
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib
16:59
1179
Ağdaşda xurma yığımının qızğın çağıdır
16:58
1086