Ermənilər Ağdamı atəşə tutmaqda davam edir – ƏFƏTLİDƏN REPORTAJ
Ermənistan silahlı qüvvələri humanitar atəşkəsi pozaraq terrorçuluq əməllərini davam etdirir.
APA TV-nin yerli bürosunun xəbərinə görə, Azərbaycan Ordusunun gücü qarşısında aciz qalan ermənilər yaşayış məntəqələrini, mülkü əhalini atəş tutaraq məğlubiyyətin acısını dinc əhalidən çıxarmağa çalışırlar.
Səlim Cəfərov işğal altında olan Sarcalı kəndindəndir. 27 ildir ki, Ağdamın Əfətli kəndində məskunlaşıb. Ermənilərin atdığı sonuncu mərmilərdən biri onun həyətinə düşüb. Xoşbəxtlikdən ailə üzvlərindən heç kim xəsarət almayıb.
Səlim Cəfərovun həyat yoldaşı Gültəkin Əliyeva deyir ki, düşmən nə qədər atəş açsa da onlar öz iş-güclərinə davam edirlər: “Nə qədər də atsalar qorxmuruq .Ordumuz sağ olsun. Pəncərələrimiz qırılıb töküldü. Amma yenə də qorxmuruq”.
Kənd sakinləri deyir ki, düşmən kəndi atəşə tutan zaman onlar həyətlərindəki sığınacaqda qorunurlar. Atəş səsləri kəsiləndən sonra isə yenidən öz həyatlarına davam edirlər:
- Bir az vəziyyət pis olanda bura gəlirik. Elə vaxt olub ki çay-çörəyimizi burda yemişik. Heç yerə getmirik. Ordumuz sağ olsun, onlarla fərəhlənirik.
- Hər kəs öz işindədir. Ordumuza güvənirik, Prezidentimizə güvənirik. Başqa nə problem ola bilər, hami öz işindədir.
- Bizim üçün hər şey əvvəlki kimidir. Heç bir problem yoxdur. Heç nədən çəkinmirik. Ona görə ki, bizim güclü ordumuz var. Biz ona güvənirik. Erməni öz gününə ağlasın.
Humanitar atəşkəsin elan olunmasına baxmayaraq, hazırda düşmən tərəfindən atılan mərmilərin səsi hələ də eşidilir. Ermənilər çəkiliş apardığımız zaman da kəndi və digər yaşayış məntəqələrini atəşə tutmağa davam edirdi.
Habil Aslanoğlu,
Arzu Quliyev,
APA TV
OXŞAR XƏBƏRLƏR
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub