Erməni terroru nəticəsində Gəncədə yaralanan azyaşlı APA TV-yə danışdı
Oktyabrın 11-də ermənilərin Gəncədə yaşayış binasını raket atəşinə tutması nəticəsində yaralananlardan biri də 4 yaşlı Bəxtiyar Heydərlidir. Həmin gecə dağıntılar altında qalan Bəxtiyar valideynləri və yaxınlıqdakı insanlar tərəfindən uçqunun altından çıxarılıb. Hadisə vaxtı o, üzündən və qulağından xəsarət alıb.
Erməni terroru nəticəsində Bəxtiyarın atası anası və bacısı da yüngül xəsarət alıb.
Bəxtiyarın dayısı Miri Əliyev deyir ki, həmin vaxt o da ərazidə olub.
Xatırladaq ki, oktyabrın 11-də gecə saatlarında Gəncənin mərkəzi hissəsində çoxmənzilli yaşayış binalarının Ermənistan Silahlı Qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində 5-i qadın olmaqla 10 nəfər həlak olub, 35 nəfər yaralanıb.
Fuad Naizmoğlu,
Mehdi Məmmədov,
APA TV
OXŞAR XƏBƏRLƏR
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub