Erməni terroru ilə bağlı 13 hesabat hazırlanıb
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 8 Noyabr - Zəfər Günü ilə ilə bağlı tədbir keçirib.
APA TV-nin xəbərinə görə, tədbirdən əvvəl təşkilat nümayəndələri müharibə iştirakçıları ilə birlikdə Fəxri xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini yad edib, məzarları önünə gül dəstələri qoyublar.
Daha sonra QHT nümayəndələri İkinci Şəhidlər Xiyabanında olub şəhidlərimizin məzarlarını ziyarət ediblər.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri Azay Quliyev jurnalistlərə açıqlamasında Azərbaycan xalqını qarşıdan gələn Zəfər Günü münasibəti ilə təbrik edib: “Bu uğurların, bu böyük qələbənin əldə olunmasında heç şübhəsiz ki. Azərbaycanın Ali Baş Komandanının, xalqla, Ordu ilə birlikdə hərəkət etməsi idi. Və Azərbaycan Ordusunun qəhrəmanlığı idi, şücaəti idi. Azərbaycan Qazilərinin, Azərbaycanın qəhrəman oğullarının canı və qanı bahasına torpaqlarımızı bir-bir işğaldan azad etməsi idi”.
Azay Quliyev QHT-lərə Dövlət Dəstəyi Agentliyi tərəfindən 13 hesabat hazırlandığını və həmin sənədlərdə Gəncəyə, Tərtərə və Bərdəyə edilən hücumlarla bağlı məlumatların hərtərəfli olaraq öz əksini tapdığını bildirib. Həmçinin Tərtərə qarşı olan hücumlarda istifadə olunan ballistik raketlərlə bağlı da məlumat hazırlanaraq beynəlxalq təşkilatların diqqətinə çatdırılıb.
OXŞAR XƏBƏRLƏR
“Bakıdan qatarla Zəngəzur üzərindən Naxçıvana getmək mümkün olacaq” – Deputat
Prezident Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Şəmkirdə aqrar sahənin inkişafına həsr olunan regional müşavirə keçirilib
İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinə “Dostluq” ordenini təqdim edib