Erməni nazir Türkiyə bazarına göz dikib
"Türkiyə ilə quru sərhədinin açılması Ermənistan iqtisadiyyatı üçün təhlükə deyil, fürsətdir".
Bunu jurnalistlərə Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan deyib.
Kerobyan bildirib ki, bu prosesdə Ermənistan iqtisadiyyatı üçün heç bir ciddi təhdid görmür.
"İdxal baxımından Türkiyə ilə sərhəd uzun müddətdir ki, açıqdır. Türkiyə istehsalçılarının Ermənistanda məhsullarını satmaqda heç bir problemi yoxdur və uzun müddətdir ki, onlar bununla məşğuldurlar. Başqa bir məsələ isə odur ki, erməni şirkətlərinin hələ də Türkiyə bazarlarına giriş imkanı yoxdur. Biz əminik ki, sərhədin açılması təhdiddən çox imkanlar yaradacaq”, - Kerobyan qeyd edib.
Onun sözlərinə görə, Türkiyə sərhədinin açılmasından erməni iş adamları faydalanacaqlar. Lakin bu fürsətdən istifadə etmək üçün məhsuldarlığı və səmərəliliyi artırmalıdırlar.
Ermənistanın Türkiyəyə nə ixrac edə biləcəyi ilə bağlı suala Kerobyan belə cavab verib ki, qonşu ölkədə ərzaq, tekstil, zərgərlik, almaz istehsalı, yüksək texnologiyalara tələbat var.
OXŞAR XƏBƏRLƏR
Oktyabrın 5-nə kimi ölkədə hava şəraiti necə olacaq?
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
Qubaya ilk qar yağdı – Xınalıq ağ örpəyə büründü
Süni intellekt məhkəmə sisteminə daxil olur – Nə dəyişəcək?
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib