Erməni nazir katibəsi ilə evləndi, ölkə qarışdı
Ermənistanın müdafiə naziri Suren Papikyanın toyu ölkədə narazılıqla qarşılanıb.
Ermənilər keçmiş katibəsi Armine Muradyanla evlənən nazirin pandemiya şəraitində dəbdəbəli tey etməsinə hirsləniblər.
Müxalif blokun deputatı Arqenaz Manukyan məsələni parlamentə qədər daşıyıb.
O bildirib ki, müdafiə nazirinin toyundan korrupsiya riski qoxusu gəlir. Deputatın sözlərinə görə, mövzu müdafiə naziridir deyə, Qərbdən maliyyə alan fəallar və təzə ombudsman susmağa üstünlük verir.
Deputat həmkarlarına Papikyanın daha əvvəl lentə alınmış dəbdəbəli toy mərasimlərindən çəkinməyə çağırdığı səs yazısını dinlədib. Həmin səs yazısında nazir insanları dəbdəbəli toylardan uzaq durmağa çağırır.
Qeyd edək ki, Suren Papikyanla onun keçmiş katibəsi Armine Muradyanın toyu yanvarın 22-də Geqard monastırında olub. Toy “Çiçəklənən Ermənistan” partiyasının lideri, biznesmen Qaqik Tsarukyana məxsus “Firon” restoranında davam edib. Tədbirdə Ermənistanın Baş naziri Nikol Paşinyan da daxil olmaqla, bir neçə yüz nəfər iştirak edib.
OXŞAR XƏBƏRLƏR
Azərbaycan və Laos arasında birgə bəyanat qəbul edildi
Laos Prezidentinin rəsmi qarşılanma mərasimi oldu
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü oldu
Azərbaycan və Kamboca arasında sənədlərin mübadiləsi mərasimi olub
Prezident İlham Əliyev Kambocanın Baş nazir Hun Maneti qarşıladı