Erməni narkodileri gənc qızları doğrayaraq öldürdü - [color=red]TƏFƏRRÜAT[/color]

Rusiyada yaşayan erməni narkodiler qızları tərəfindən doğranılaraq qətlə yetirilib.

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, 57 yaşlı Mixail Xaçaturyan Altufevskiy prospektində yerləşən mənzilində ölü tapılıb.

 

17, 18 və 19 yaşlı qızlar atalarını qətlə yetirərkən bıçaq, balta və gözyaşardıcı qazdan istifadə ediblər. M.Xaçaturyan canını qurtarmağa çalışaraq dəhlizə çıxa bilsə də, endirilən zərbələr nəticəsində yerindəcə keçinib.

 

Qızlar atalarını qətlə yetirdikdən sonra özləri polisə təslim olublar. İfadələrində isə atalarının onlara təcavüz edərək, işgəncə verdiyini qeyd ediblər.

 

Faktla bağlı araşdırma davam edir.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR