Ərdoğan: "Türkiyə 10 noyabr bəyanatının yerinə yetirilməsi üçün səylərini əsirgəməyəcək"
“30 il öncə Dağlıq Qarabağın və Azərbaycan torpaqlarının 20 faizinin işğalı ilə yaşanan qətliamlar azərbaycanlı qardaşlarımızla bərabər bizim də ürəyimizi dağlamışdı”.
APA TV-nin məlumatına görə, bunu bu gün hakim Ədalət və İnkişaf Partiyasının (AKP) 7-ci qurultayında Türkiyə Prezidenti, partiyanın sədri Rəcəb Tayyib Ərdoğan bildirib.
Minsk Qrupunun ötən dövr ərzində fəaliyyətinin səmərəsiz olduğunu qeyd edən Türkiyə Prezidenti Ermənistanın dövrü olaraq atəşkəsi pozduğunu xatırladıb.
O bildirib ki, Azərbaycan bu müddət ərzində münaqişənin sülh yolu ilə həlinə çalışıb, Ermənistan keçən il sentyabrın 27-də növbəti dəfə təxribata yol verərək hücum etdikdə isə Azərbaycan hərəkətə keçib.
Həmişə qardaş ölkənin yanında yer aldığını deyən Türkiyə Prezidenti bildirib ki, Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində 30 il davam edən işğala son qoyuldu.
Ərdoğan Türkiyənin Azərbaycanla birgə keçən il noyabrın 10-da imzalanmış bəyanatın şərtlərinin yerinə yetirilməsinin təmin edilməsi üçün səylərini əsirgəməyəcəyini də vurğulayıb.
OXŞAR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Prezident TBMM-nin sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar