Ərdoğan Şuşa zəfəri münasibətilə Azərbaycan xalqını təbrik edib
“Azərbaycanlı qardaşlarımızın Şuşa zəfərini təbrik edirəm”.
APA TV-nin yerli bürosunun xəbərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin Kocaeli vilayətində keçirilən konqresdəki çıxışında belə bildirib.
Rəcəb Tayyib Ərdoğan deyib ki, 30 ildir, ATƏT-in Minsk qrupu tərəfindən aldadılan Azərbaycan Ordusu öz gücü ilə nəhayət bu qələbəyə nail olub: “Azərbaycanlı qardaşlarım adətən danışıqlar masasında səbir etdi və qələbəyə nail oldu. Türkiyə hər zaman qeydsiz-şərtsiz azərbaycanlı qardaşlarının yanında oldu. Ermənistanın hücumlarının başlatdığı münaqişənin ardından addım-addım torpaqlarını işğaldan qurtaran Azərbaycan Qarabağı müstəqilliyinə qovuşduran azərbaycanlı qardaşlarımızın sevinci bizim də sevincimizdir. Bir daha qardaşım İlham Əliyev başda olmaq üzrə bütün Azərbaycan xalqını şəxsim, ailəm, millətim adına təbrik edirəm”.
OXŞAR XƏBƏRLƏR
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub
Türk Dünyası Həftəsi ərzində Xankəndidə xüsusi konfrans keçiriləcək
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”