Ərdoğan Azərbaycana səfərindən danışdı
"Türkiyə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında iştirak etməkdən qürur duyur".
APA TV-nin yerli bürosunun “Anadolu”ya istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən jurnalistlərin suallarına cavabında bildirib.
Ərdoğan Azərbaycana səfəri zamanı işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma və abadlıq işlərini yaxından gördüyünü qeyd edib.
O, Füzuli Beynəlxalq Hava Limanının fəaliyyətə başlaması ilə mühüm hava nəqliyyatı marşrutunun həyata keçirilməsinə diqqət çəkib. Ərdoğan əlavə edib ki, Füzuli aeroportu təkcə Azərbaycan üçün deyil, ümumilikdə Qafqaz üçün nəqliyyat sahəsində böyük potensiala malikdir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevlə Azərbaycan və İran arasında yaşanan gərginliyi müzakirə etdiyini bildirib.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev və Mehriban Əliyeva Vyetnamın Vitse-prezidenti ilə görüşdülər
Bakının mərkəzində kəlağayı ilə yürüş keçirilib
Media və Yayım Şurası AÇIQLAMA YAYDI
Azərbaycan və Laos arasında birgə bəyanat qəbul edildi
Laos Prezidentinin rəsmi qarşılanma mərasimi oldu