Ərdoğan Azərbaycan vətəndaşlarının Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə səfər edəcəyi barədə sənədi təsdiqlədi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə və Azərbaycan hökumətləri arasında imzalanan vizaların ləğvinə dəyişikliyi nəzərdə tutan sənədi təsdiq edib.
APA TV xəbər verir ki, sənəd “Rəsmi Gazete”də dərc olunub.
Belə ki, bu sənədin təsdiqi Azərbaycan-Türkiyə arasında viza rejiminin aradan qaldırılması ilə yanaşı, gediş-gəlişin daha rahat formada həyata keçirilməsini təmin edəcək.
Bu, iki ölkə arasında səyahətlərin beynəlxalq pasport olmadan, şəxsiyyət vəsiqəsi ilə həyata keçirilməsi imkanı anlamına gəlir.
Qeyd edək ki, sənəd ötən ilin dekabrın 10-da Bakıda imzalanıb. Sənədi Azərbaycan hökuməti adından XİN rəhbəri Ceyhun Bayramov, Türkiyə hökuməti adından bu ölkənin xarici siyasət idarəsinin rəhbəri Mövlud Çavuşoğlu imzalayıb.
OXŞAR XƏBƏRLƏR
13:54
1844
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
13:17
1825
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
19:45
2956
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
19:43
1570
Prezident TBMM-nin sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
18:12
1992
Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar
16:20
1164