Ər yuxuladı, həyat yoldaşı öldü - HACIQABULDA AĞIR QƏZA

Hacıqabulda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə sentyabrın 1-də Bakı-Qazax magistralının Hacıqabul-Şirvan magistralı ilə kəsişməsinin yaxınlığında baş verib. Bakı şəhərində məskunlaşan Ağdam rayon sakini, 1969-cu il təvəllüdlü Allahverdiyev Aydın Elman oğlunun idarə etdiyi "Mercedes" markalı 99 KN 769 dövlət nömrə nişanlı avtomobil Qazax istiqamətində hərəkətdə olarkən yoldan çıxaraq aşıb və qaz kəmərinin üzərinə düşüb. Qəza nəticəsində sürücü, onun avtomobildə olan həyat yoldaşı, 1978-ci il təvəllüdlü Allahverdiyeva Ruhiyyə İlyas qızı və övladları - 2007-ci il təvəllüdlü Elvira və 1999-cu il təvəllüdlü Xəyal müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan şəhər xəstəxanasına yerləşdiriliblər. Həkimlərin səylərinə baxmayaraq Ruhiyyə Allahverdiyevanın həyatını xilas etmək mümkün olmayıb. O aldığı xəsarətlərdən cərrahiyə stolunda keçinib. Qəzaya səbəb sürücünün sükan arxasında yuxulaması olub. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR