Ər arvadını bıçaqlayaraq təzə tikdikləri evin tavanından asdı – APA TV
Biləsuvarda 27 yaşlı ər, 25 yaşlı həyat yoldaşını qətlə yetirib. Hadisə rayonun Xırmandalı kəndində baş verib. Biləsuvar rayon prokurorluğuna bu barədə məlumat daxil olub.Məlumatda martın 26-da saat 15 radələrində Biləsuvar rayonu ərazisində 1999-cu il təvəllüdlü Sevil Əlilinin öldürülməsi qeyd olunub. Araşdırma zamanı 1997-ci il təvəllüdlü Anar Məmiyevin rayonun Xırmandalı kəndi ərazisində yerləşən fərdi yaşayış evində, deşici-kəsici alətlə xəsarətlər yetirərək arvadı Sevil Əlilini qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Məlum olub ki, iki azyaşlı övladı olan ailə kənddə tikdikləri yeni evə köçməyə hazırlaşıblar.Bu məqsədlə Sevil Əlili evin son təmizliyini yerinə yetirmək üçün Bakıda işləyən həyat yoldaşı Anar Məmiyevə zəng edərək onu israrla kəndə çağırıb.Təzə evdə ər-arvad arasında yaranan mübahisə bıçaqlanma ilə nəticələnib.Arvadını bıçaqlayan ər daha sonra onu təzə evin tavanından asıb.Hadisədən sonra Anar Məmiyev könüllü olaraq polisə təslim olub. Faktla bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsilə cinayət işi başlanılıb.
OXŞAR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"