Əmisi oğlunun bağını uyuşdurucu plantasiyasına çevirdi
Əmisi oğlunun bağını narkotik plantasiyasına çevirdi – APA TV Qohumunun həyətində narkotik tərkibli bitkilər yetişdirən Sabirabad rayon sakini saxlanılıb. Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində uğurlu əməliyyat tədbirləri davam etdirilir. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən gecə saatlarında keçirilən əməliyyat tədbirləri nəticəsində rayonun Minbaşı kənd sakini Xeyrəddin Fərəcov saxlanılıb. O, ilkin dindirilmə zamanı qeyd edilən cinayət əməli ilə məşğul olduğunu və heç kimin şübhələnməməsi üçün çətənə bitkilərini rayonun Qarağac kəndində yerləşən əmisi oğluna məxsus fərdi yaşayış evinin həyətində əkdiyini etiraf edib. Polis əməkdaşları tərəfindən qeyd edilən ünvana keçirilən baxış zamanı həyətyanı sahədən, eləcə həyətdə olan yarımtikilidən hündürlüyü 3 metrə qədər, yaş çəkisi isə 91 kiloqramdan artıq olan 249 ədəd çətənə kolu və 5 kiloqramdan artıq marixuana aşkarlanaraq götürülüb. Faktla bağlı araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
“Ailəsi ilə əlaqə saxladı, 15 dəqiqə sonra şəhid oldu” - Qanlı döyüşlərdən zəfərə
ADEX 2026-nın ikinci günündən maraqlı görüntülər
Bir vaxtlar səssizliyə qərq olan bu dağlarda indi həyat qaynayır
Cəbrayıl, Xocavənd, Xocalı və Ağdərəyə növbəti köç
İlham Əliyev Birləşmiş Krallığının müdafiə üzrə dövlət nazirini qəbul etdi