Əməlini etiraf edib, özünə haqq qazandırdı
Göyçayda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb.
APA TV-nin yerli bürosunun xəbərinə görə, rayon sakini satış üçün əkib becərdiyi narkotik vasitəni bir neçə torbaya yığaraq fərqli yerlərdə gizlədib. O, borcu olduğu üçün narkotik vasitə olan marixuana əkib becərib, lakin onu qurudaraq sata bilməyib. Bununla bağlı Göyçay Rayon Polis Şöbəsinə məlumat daxil olub. Rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı rayonun Qaraxıdır kənd sakini Cavad Nəsirov saxlanılıb. Onun yaşadığı evə və həyətyanı sahədə yerləşən yardımçı tikiliyə baxış keçirilən zaman oradan təmiz çəkisi 3 kiloqram 260 qram olan marixuana, eləcə də iki ədəd qurudulmuş vəziyyətdə çətənə bitkisi aşkar edilərək götürülüb.
Saxlanılan şəxs Cavad Nəsirov əməlini etiraf etsə də ancaq özünə haqq qazandırmağa da çalışıb.
Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır.
Şahnəzər Bəşirov
OXŞAR XƏBƏRLƏR
“Bakıdan qatarla Zəngəzur üzərindən Naxçıvana getmək mümkün olacaq” – Deputat
Prezident Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Şəmkirdə aqrar sahənin inkişafına həsr olunan regional müşavirə keçirilib
İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinə “Dostluq” ordenini təqdim edib