Əməkdar artist evi yoxdur deyə, hamamda gecələyir
Bu xanım Dövlət Muğam Teatrının solisti, Bakı milyonçusu, məşhur qarmon ifaçısı Ələkbər Nəzərlinin nəvəsi, əməkdar artist Ədilə Əflaki Nəzərlidir. Yaşadığı şəraiti görəndə gözlərimizə inanmadıq. Oğlu ilə bir evdə yaşayan müğənni məcburiyyətdən evin hamam otağını ikiyə ayıraraq, orada gecələyir. Özü də suyun içində.
Deyir ki, illərdir döymədiyi qapı qalmayıb. Aidiyyatı orqanlara saysız-hesabsız məktub və teleqramlar göndərib. Ümidlə bu qurumlardan xoş xəbər gözləyir. Gözləri yolda, qulağı isə səsdədir Ədilə Əflakinin. Oğlunun da artıq 40 yaşı var. Onu evləndirmək və nənə olmaq arzusundadır əməkdar artist. Amma necə? Bax bu sual onun bütün arzularının qarşısında keçilməz səddir.
1982-ci ilədək Bakının mərkəzində, indiki “İsmayıl Qutqaşınlı 17” ünvanında yerləşən dədə-baba mülklərində yaşayıb. Mülk plana düşüb və orada yaşayan 8 ailəyə həmin mülkün əvəzinə ümumilikdə 184 kvadratmetrlik ev verilib. Ədilə Əflakinin payına isə cəmi 16 kvadratmetrlik mənzil düşüb. Bax hazırda yaşadığı bu mənzil.
Artıq səbri tükənib, nə edəcəyini belə bilmir sənətkarımız. Tək ümidi sujetimizin efirdə yayımlanmasıdır. Ümid edir ki, yaxın vaxtlarda aidiyyəti qurumlar tərəfindən evlə təmin ediləcək. Axı o həm də Birinci Qarabağ müharibəsinin iştirakçısıdır.
AYTƏN SAKİTQIZI
FARİZ QULUYEV
APA TV
OXŞAR XƏBƏRLƏR
Süni intellekt məhkəmə sisteminə daxil olur – Nə dəyişəcək?
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib
İnam Kərimov hakimlərlə bağlı danışdı: "100 min nəfərə 7 hakim..."
“Ailəsi ilə əlaqə saxladı, 15 dəqiqə sonra şəhid oldu” - Qanlı döyüşlərdən zəfərə
ADEX 2026-nın ikinci günündən maraqlı görüntülər