Elşad Hacıyevi belə aldatmaq istədi - GÖRÜNTÜLƏR
Sosial şəbəkələrdə bank dələduzluqları ilə bağlı dəfələrlə məlumatlar paylaşılıb.
Lent.az xəbər verir ki, bu paylaşımlarda özlərini bank rəhbəri yaxud vəzifəli şəxsi kimi təqdim edənlərin vətəndaşlara yüksək məbləğdə kredit təklif etməsi əks olunub. Belə hallardan biri ilə Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev də üzləşib. Bu barədə o, özünün “Facebook” hesabında bildirib.
Polis mayoru “Whatsapp” üzərindən edilən yazışmanın ekran görüntüsünü paylaşaraq vətəndaşları bir daha diqqətli olmağa səsləyib.
“Özünü bank rəhbəri kimi təqdim edən şəxs +229 96 90 47 35 “Whatsapp” üzərindən mənimlə yazışır. Kredit təklif edir. Nömrə saxtadır. Yazı ifadəsindən aydın duyulur ki, tərcümə ilə yazır. Şəxsi məlumatları istəyir”, - deyə Elşad Hacıyev bildirib.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü oldu
Azərbaycan və Kamboca arasında sənədlərin mübadiləsi mərasimi olub
Prezident İlham Əliyev Kambocanın Baş nazir Hun Maneti qarşıladı
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul etdi
Bakının yaddan çıxan təbiət guşəsi – “Pitomnik”dən REPORTAJ