Elman Rüstəmov: "Tarif Şurasının son qərarı..."

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb.

APA TV-nin məlumatına görə, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov bu gün keçirdiyi mətbuat konfransında bunu ölkədə həyata keçirilən uğurlu iqtisadi siyasətin iqtisadi sabitliyə müsbət təsiri ilə əlaqələndirib.

 

Qurum sədri bildirib ki, Azərbaycanda xidmət sahələri üzrə infilyasiya azalıb. Onun sözlərinə görə, orta illik inflyasiya 4 dəfədən çox aşağı düşüb: "İnflyasiya xidmət sahələri üzrə azalıb, tekstil, sənaye sahləri üzrə artıb. Ev təsərrüfatları üçün ümum inflyasiya göstəriciləri 3,9 faiz qiymətləndirilir".


E.Rüstəmov həmçinin avtobus və metroda qiymət artımının infilyasiyaya təsirinə də toxunub. O bildirib ki, Tarif Şurasının nəqliyyatda qiymət artımı ilə bağlı son qərarının inflyasiyaya təsiri minimal olacaq: "Onun infilyasiyaya təbii ki, bir qədər yüksəldici təsiri var. Bu xidmətlərin istehlak səbətində rolu var. Lakin biz düşünmürük ki, bu artım bütövlükdə infilyasiyanı bizim qoyduğumuz 6-7 faizlik hədəf dəhlizindən kənarlaşdıra bilər".


E.Rüstəmov qeyd edib ki, infilyasiyanın əsas  amili məzənnə sabitliyidir. Onun sözlərinə görə, Azərbaycan Mərkəzi Bankı məzənnə gözləntilərini sabitləşdirəndən sonra infilyasiya sabitliyinə nail olub.
 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR