Elman Rüstəmov istefası ilə bağlı danışdı: “Məsləhətim odur ki…”
Azərbaycanın valyuta ehtiyatları 50 milyard dolları ötüb.
APA TV-nin məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov deyib. Onun sözlərinə görə, ölkənin valyuta ehtiyatları ilin əvvəlindən 11,7 faiz artaraq 50 milyard dolları üstələyib:
“Mərkəzi bankın özünün maliyyə ehtiyyatları var. Bu ehtiyyatlar müəyyən dərəcədə artıbdır. Təbii ki, hazırkı vəziyyətdə valyuta ehtiyyatlarımızı artırmaq bizə lazım deyil. Bizim lövbərlərdən biri pul kütləsinin hədəflənməsidir. İlin əvvəlindən demişdik ki, 8 faiz səviyyəsindədir və bu gün də biz ona əməl edirik. Onun alınması isə bizim həmin pul kütləsinin idarə olunmasına problemlər yarada bilər. Qoyduğumuz hədəf çərçivəsində problem yarada bilər”.
Elman Rüstəmov tutduğu vəzifədən istefa verməsi ilə bağlı bəzi KİV-də dərc olunmuş xəbərlərə münasibət bildirib: “Mən bu gün qarşınızda Mərkəzi Bankın sədri kimi çıxış edirəm. Bu postdayam, öz fəaliyyətimi davam etdirirəm. Media nümayəndələrinə məsləhətim odur ki, belə xarakterli informasiyaları həmişə rəsmi mənbələrdən götürsünlər”.
OXŞAR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək