Əli Kərimlinin iddialarına cavab: Kabinetlərdən öz ayaqları ilə keçib
Daxili İşlər Nazirliyi (DİN) ötən gün qanunsuz aksiya zamanı saxlanılan AXCP sədri Əli Kərimlinin iddialarına cavab verib.
APA TV-nin DİN-in mətbuat xidmətinə istinadən məlumatına görə, DİN Hospitalının rəisi İsbi Babaxanov bildirib ki, Əli Kərimli hospitalda bütün müayinələrdən keçdikdən sonra evə buraxılıb. DİN Hospitalının rəisi deyib ki, 19 oktyabr tarixində 1965-ci il təvəllüdlü Kərimli Əli Əmirhüseyn oğlu polis əməkdaşlarının tövsiyəsi ilə hospitalda tibbi müayinələrdən keçib: “Onun sol alın nahiyəsində yüngül dəri cızıqları müşahidə edilib. Vətəndaş Kərimli hospitalda baş-beyin kompüter tomoqrafiyası, abdominal və torakal kompüter tomoqrafiyası, rentgenoqrafiya müayinələri və qarın boşluğunun ultrasəs müayinələrindən keçib. Heç bir patoloji hal aşkar edilməyib. Buna görə də xəstə evə buraxılmış və müayinə protokolları ona təqdim olunub”.
Ə. Kərimlinin hospitalda onu xərəkdən istifadə etmədən müayinələrdən keçirilməsi barədə iddialara gəlincə, İ. Babaxanov qeyd edib ki, Ə. Kərimli hospitala gələrkən, müayinələrdən keçərkən xərəkdən istifadəyə və kənar şəxslərin ona köməkliyinə ehtiyac olmayıb: “O, bütün müayinə kabinetlərini öz ayağı ilə gəzərək keçib”.
OXŞAR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək