Əli Həsənov: “Bizdəki iqtisadi temp özündən deyən ölkələrdə yoxdur”

 

Gəncədə Yeni Azərbaycan Partiyasının (YAP) Gəncə şəhər, Kəlbəcər və Xocalı rayon ərazi ilk partiya təşkilatlarının sədrlərinin və fəallarının iştirakı ilə müşavirə keçirilib.

İştirakçılar əvvəlcə partiyanın qurucusu, Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib.

YAP-ın sədr müavini Əli Həsənov 27 il öncə yaradılan partiyanın 750 mindən artıq üzvü olduğunu diqqətə çatdırıb: “Ölkədə iqtisadi artım 3,2 dəfə artıb. Hansı ölkədə belə inkişaf var? Özündən deyən dövlətlərdə - ABŞ-da, Yaponiyada, Avropa ölkələrində yoxdur. Bu, Azərbaycanın qazandığı nailiyyətlərdir”.

Müşavirədə ölkədə keçirİləcək Bələdiyyə seçkilərinə hazırlıq, eləcə də ictimai-siyasi proseslərdə partiya fəallarının üzərinə düşən vəzifələr müəyyənləşdirilib.

Müşavirədə deputatlar, adı çəkilən şəhər və rayonların İcra Hakimiyyətlərinin başçıları iştirak edib.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR