Əli Həsənov: “Azərbaycandakı inkişaf özündən deyən ölkələrdə yoxdur”

 

"Son 15 ildə ölkəmizdə ictimai-siyasi sabitlik, sosial-iqtisadi inkişaf, Azərbaycanın dünyaya inteqrasiyası təmin edilib. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın fəaliyyətləri sayəsində Azərbaycan dünyaya tanıdılıb".

APA TV-nin məlumatına görə, bu sözləri baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Əli Həsənov partiyanın Sumqayıt şəhər və Qubadlı rayon ərazi ilk partiya təşkilatlarının sədrləri və partiya fəalları ilə görüşdə deyib.

O, Azərbaycanda prezidentlə xalq arasında monolit birlik olduğunu vurğulayıb: “Heç bir ölkədə 6 ay ərzində 6 milyard müavinət artırılması edilməyib. Bu isə 10 milyon əhalinin 4 milyonunun əhatə edir. Yəni bu göstəricilər həqiqətən dünyanın heç bir ölkəsində olmayıb. ABŞ dünyanın ən möhtəşəm ölkəsidir. Bu yaxınlarda Amerika prezidenti dedi ki, mən sıfır tam onda neçə faiz iqtisadi artım əldə etmişəm, daha nə istəyirsiniz? Sıfır tam onda neçə faiz. Azərbaycanda isə 3,2 dəfə artım olub”.

Baş nazirin müavini bu il ölkəmizdə bələdiyyə seçkilərinin keçiriləcəyini deyib və YAP-ın böyük resurslarının və seçki təcrübəsinin olduğunu deyərək, bu seçkilərdə də uğur qazanılacağına əminliyini ifadə edib.

Digər çıxış edənlər də ölkədə həyata keçirilən islahatlardan və partiyanın qarşısında duran vəzifələrdən danışıblar.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR