Əli Əhmədov YAP-da müşavirə keçirib
Yeni Azərbaycan Partiyasında Səbail və Xətai rayonlarının ilk partiya təşkilatlarının sədrləri ilə müşavirə keçirilib. APA TV-nin xəbərinə görə, tədbiri giriş sözü ilə açan YAP sədrinin müavini-icra katibi Əli Əhmədov deyib ki, YAP-ın 750 minə yaxın üzvü var, bu qədər say statistika deyil, bunun arxasında Heydər Əliyev siyasətinə hörmət və inam dayanır: “Çoxlu sayda YAP-ın üzvləri ilə bilavasitə işləyən, onlarla ünsiyyətdə olan, onları ölkəmizdə aparılan quruculuq və abadlıq işlərində yaxından iştirak etməyə səfərbər edən ilk təşkilatlardır, təşkilatların rəhbərləridir. Belə hesab edirik ki, bundan sonra da bütövlükdə partiya daxilində insanlarımızın fəaliyyətini artırmaqla yanaşı, həm də ilk təşkilatların, ilk təşkilat rəhbərlərinin fəallığının artırılmasına böyük diqqət verməliyik”. Əli Əhmədov qeyd edib ki, son zamanlar bəzi şəxslər müasir texnologiyalardan istifadə edərək Azərbaycan reallıqlarına kölgə salır, şər-böhtan səsləndirirlər. O, YAP üzvlərinə müraciət edərək deyib ki, yalan üzərində qurulan təbliğata qarşı addımlar atmalı, öz fikirlərini bildirməlidirlər.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."