Elektrik xəttində qəza – BAKI-TBİLİSİ QATARI YOLDA QALDI

Elektrik xəttində nasazlıq səbəbindən Bakı-Tbilisi sərnişin qatarı yolda qalıb. 

APA TV-nin məlumatına görə, qəza gecə saatlarında Bakı-Ağstafa dəmir yolu xəttinin Hacıqabul rayonunun Padar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Nəticədə Hacıqabulda dayanan Bakı-Tbilisi sərnişin qatarının hərəkətində fasilə yaranıb. Qəza zamanı xəsarət alan olmayıb.

Hadisə yerinə ADY ASC-nin təmir-qəza briqadası cəlb olunub. Dəmir yolunda qatarların hərəkətini qidalandıran elektrik naqilində yaranmış nasazlıq təxminən iki saatdan sonra aradan qaldırılıb və qatar saat 1:37 radələrində yola düşüb.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR