Elektrik naqillərində baş verən qısaqapanma Ucarda yanğına səbəb oldu
Ucarda ev yanıb.
APA TV-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Küçəkənd kəndində qeydə alınıb.
Kənd sakini, 1951-ci il təvəllüdlü Böyükxanım Məmmədovaya məxsus, ümumi sahəsi 72 kvadrat olan evdə güclü yanğın baş verib. Hadisə yerinə Ucar Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Hadisə zamanı evin 30 kvadrat metri əşyaları ilə birlikdə yanıb.
Yanğın söndürülüb. Hadisə zamanı ölən və xəsarət alan olmayıb. Yanğının elektrik naqillərində baş verən qısaqapanma nəticəsində baş verdiyi ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
18:20
1202
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
20:20
1790
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
18:22
1797
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək
18:38
1512
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
17:58
1635
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
17:20
1592