Ələ keçən narkotacir başqa cinayət də törədib - BAKIDA ƏMƏLİYYAT
Bakıda narkotik alverçisi ələ keçib.
APA TV-nin Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumatına görə, Binəqədi polisinin keçirdiyi əməliyyat nəticəsində Binəqədi qəsəbə sakini Hüseyn Bilalov saxlanılıb.
Saxlanılan şəxsin üzərindən 0,358, yaşadığı ünvanda aparılan axtarış zamanı həyətdəki yarımtikilidən isə 1 kiloqram 510 qram heroin aşkar olunub.
43-cü Polis Bölməsinə gətirilən H.Bilalovun oğurluq etdiyi də məlum olub. O, yaşadığı rayon ərazisində 1 evdən və 7 maketdən pul, tütün məmulatları, kombi aparatı, mobil telefonlar oğurlayıb.
H.Bilalovun marketlərdən necə oğurluq etdiyi həmin obyektlərin təhlükəsizlik kameralarına düşüb.
Faktlarla bağlı cinayət işi başlanıb.
OXŞAR XƏBƏRLƏR
17:47
390
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
17:21
290
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
17:20
288
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
19:48
793
Gürcüstana qaz təchizatı baş tutacaq
19:47
762
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
19:47
779